Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:40

“ADNA-dakı qətliam qurbanlarına abidə qoyulsun”


Azerbaijan -- State Oil Academy in Baku, undated

Azerbaijan -- State Oil Academy in Baku, undated

“İdeya” Gənclər Klubu 3 il əvvəl Dövlət Neft Akademiyasında (ADNA) törədilən qətliam qurbanlarını yad edə bilmək üçün kiçik bir abidə və ya xatirə lövhəsi qoyulmasını istəyir. Bu məqsədlə də gənclər prezident İlham Əliyevin adına müraciət ünvanlayıblar.

“Ölkədə baş verənlərə biganə yanaşmayan gənc kimi, ən əsası, fəal vətəndaş kimi ADNA hadisəsini qəti şəkildə pisləyirik. Anlayırıq ki, baş verən terror aktı Azərbaycandakı sabit ictimai-siyasi durumun dayaqlarını zəiflətmək üçün əvvəlcədən hesablanmış addım idi. Terror aktının məhz ali məktəbdə törədilməsi isə birbaşa ölkə gəncliyinin mübarizə əzminin qırılmasına, onlar arasında müəyyən xofun, qorxu mühitinin yaradılmasına istiqamətlənmişdi”, deyə müraciətdə vurğulanır.

Məktuba imza atan gənclər abidənin ictimai nəqliyyatın gəliş-gedişinə mane olmayan, lakin hadisə yerinə yaxın ərazidə yerləşdirilməsi təklifini verir.

Qeyd olunur ki, xatirə lövhəsi qoyulmasına razılıq verilərsə, bunun üçün gərəkli xərcləri belə öz üzərlərinə götürə bilərlər.

Üç il əvvəl maskalı və silahlı bir şəxs Neft Akademiyasının binasına daxil olub, 12 nəfəri öldürüb, 13 nəfəri yaralayıb, sonradan özünə atəş açıb. Bu şəxsin Gürcüstan vətəndaşı 29 yaşlı Fərda Qədirov olduğu müəyyənləşib. O, hadisəni törədəndən sonra özünü də öldürmüşdü.

Dünən - aprelin 30-u qətliamın üçüncü ildönümü münasibətilə gənclərin anım mərasiminə polis müdaxilə edib və qarşıdurma yaranıb.
XS
SM
MD
LG