Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:07

“Çin və Rusiya müəllif hüquqlarına hörmət etmir”


ABŞ hökuməti bəyan edir ki, Rusiya və Çin intellektual mülkiyyətin və müəllif hüquqları tələb edən materialların oğurlanmasına görə dünyanın ən pis ölkələri arasında qalmaqdadır.

ABŞ Ticarət Departamentinin yeni hesabatına görə, Rusiya 16, Çin isə 8 ildir ki, belə vəziyyətdədir.

Ukrayna bu siyahıya 2007-ci ildən düşüb.

Ən aşağı səviyyədə olan ölkələrin siyahısına Belorus, Tacikistan, Türkmənistan və Özbəkistan da daxil edilib.

Bu siyahıya düşmə hər hansı sanksiya nəzərdə tutmur, sadəcə piratçılıqla mübarizədə zəif hökumətləri utandırmaq məqsədi daşıyır.
XS
SM
MD
LG