Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:36

Gəncədə taxıl bitkilərinin genefondu yaradılıb


Məqsəd xalq seleksiya yolu ilə yaradılmış taxıl sortlarını qorumaqdır.

Bu barədə məlumatı Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) taxıl və paxlalı bitkilər laboratoriyasının müdiri Firudin Qurbanov verib. Bildirib ki, fondda 400-ə yaxın yabanı və mədəni taxıl sortları toplanıb, əkilir.

F. Qurbanov deyib ki, genefondda dövrün tələbələrinə uyğun olan yerli iqlimlə ayaqlaşan sortların yaradılması üçün materiallar saxlanılır. Fondda əsasən taxıl, arpa, vələmir, tritikale, qarğıdalı, paxlalı bitkilər üstünlük təşkil edir.

ADAU-da tədrisin keyfiyyətinin artırılması və genefondun qorunması məqsədi ilə meyvə və tərəvəzlərin kolleksiya təcrübə sahəsi də yaradılıb. Bu genefondda 600-dən artıq müxtəlif cinslərin növ və növ müxtəliflikləri toplanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG