Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:35

Barroso da Ukraynaya futbola getməkdən imtina etdi


Avropa Komissiyasının sədri Jose Manuel Barrosonun sözşüsü Pia Ahrenkilde bildirib ki, Kiyev rəsmiləri Timoşenko ilə bağlı “çox, çox ciddi vəziyyəti” yoluna qoymaq üçün addımlar atmayınca Barrosonun Ukraynaya gəlmək fikri yoxdur.

Keçmiş baş nazir Yulia Timoşenko ətrafındakı vəziyyətə görə bir sıra Avropa rəsmiləri futbol üzrə 2012-ci ilin Avropa birinciliyinin Ukraynadakı final mərhələsinə gəlməkdən imtina edirlər.

Final yarışlarının talismanları - Slavek and Slavko
Final yarışlarının talismanları - Slavek and Slavko
“Der Spiegel” jurnalı yazır ki, Almaniya kansleri Merkel öz kabinetinin nazirlərinə müraciət edə bilər ki, onlar Ukraynaya Avropa birinciliyinin finalına getməsinlər.

Avropa Birliyinin Ədliyyə komissarı Viviane Reding elan edib ki, iyunun 9-da Ukraynada keçirilən ilk oyuna getmək planını təxirə salıb.

Ukraynanın keçmiş baş naziri Timoşenko isə həbsdə zorakılığa məruz qaldığını deyərək aclıq edir.

Onun həbsini Avropa Birliyi və ABŞ siyasi motivli hesab edirlər və Kiyevi Timoşenkonu azad etməyə çağırırlar.

Futbol üzrə Avropa birinciliyinin final mərhələsi iyun-iyul aylarında Polşa və Ukraynada keçirilməlidir.

Birinciliyin başqa problemi təhlükəsizliyin zəif olmasıdır.
Keçən həftə Dnepropetrovskdakı silsilə partlayışlar bu problemə diqqəti cəlb etdi.

Final mərhələsinin UEFA-dan olan direktoru Martin Kallen Almaniyanın “Sueddeutsche Zeitung” qəzetinə deyir ki, final oyunlarını Ukraynadan başqa ölkəyə köçürmək artıq gecdir.

Ancaq o deyir ki, vəziyyət belə davam etsə, UEFA turniri gələn ilə təxirə salmağı müzakirə edə bilər.

Ukraynanın xarici işlər nazirliyi bəyanat verərək bəzi Avropa siyasətçilərinin “idmanı siyasətin girovuna çevirməyi”, “Soyuq Müharibə” strategiyaları seçməyi haqda xəbərdarlıq edib.

Timoşenko ətrafındakı vəziyyətə görə, Ukraynadakı başqa vacib tədbirləri də Avropa siyasətçiləri boykot edirlər.
Almaniya, Avstriya, Sloveniya və Çexiya prezidentləri Şərqi Avropa ölkələrinin Ukryandakı sammitinə getməyəcəklərini bildirdilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG