Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:49

İctimai Palata mitinq üçün meriyaya müraciət edib


Aprelin 30-da İctimai Palata mayın 6-da mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət yollayıb.

Bu barədə AzadlıqRadiosuna Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı məlumat verib. İctimai Palata mitinq üçün İcra Hakimiyyətindən 3 yer istəyib:

«Metronun «Dərnəgül» stansiyası, «Təbriz» kinoteatrı və ya «Nərimanov» kinoteatrının qarşısında yer ayrılmasını qeyd etmişik. Bundan başqa, icra hakimiyyətinin də hər hansı təklifi olarsa, bunu da müzakirə edəcəyik».

İctimai Palata bu il aprelin 8 və 22-də Bibiheybət qəsəbəsindəki sürücülük məktəbinin həyətində icazəli mitinq keçirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG