Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:46
Dünya Əmək Təşkilatı “Əmək Dünyası 2012” adlı hesabatını yayıb.

Hesabatda deyilir ki, dünya iqtisadi böhranından sonra iqtisadiyyatda bərpanın əlamətləri görünsə də, əmək bazarında vəziyyət həyəcanlı olaraq qalır, yaxın gələcəkdə iş yerləri sahəsində vəziyyətin yaxşılaşacağının əlamətləri yoxdur.

Hesabata görə, 2008-ci il böhranından qabaqkı durumla müqayisədə indi dünyada iş yerlərinin sayı 50 milyon azdır.

Təşkilat xəbərdarlıq edir ki, əmək böhranının yeni, daha problemli dövrü başlanır.

Hesabatda həmçinin Sosial Narazılıq İndeksinə istinad olunur ki, göstəticilərini elan edən 106 ölkədən 57-sində sosial narazılıq riski artıb.

Ən riskli regionlar Yaxın Şərq və Şimali Afrikadır.
XS
SM
MD
LG