Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:45

Dünya Əmək Təşkilatının hesabatına görə, son 3 ildə 50 milyon iş yeri itirilib


Dünya Əmək Təşkilatı “Əmək Dünyası 2012” adlı hesabatını yayıb.

Hesabatda deyilir ki, dünya iqtisadi böhranından sonra iqtisadiyyatda bərpanın əlamətləri görünsə də, əmək bazarında vəziyyət həyəcanlı olaraq qalır, yaxın gələcəkdə iş yerləri sahəsində vəziyyətin yaxşılaşacağının əlamətləri yoxdur.

Hesabat görə, 2008-ci il böhranından qabaqkı durumla müqayisədə indi dünyada iş yerlərinin sayı 50 milyon azdır.

Təşkilat xəbərdarlıq edir ki, əmək böhranının yeni, daha problemli dövrü başlanır.

Hesabatda həmçinin Sosial Narazılıq İndeksinə istinad olunur ki, göstəticilərini elan edən 106 ölkədən 57-sində sosial narazılıq riski artıb.

Ən riskli regionlar Yaxın Şərq və Şimali Afrikadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG