Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:42

Kiyev Berlini “Soyuq müharibə” aparmaqda ittiham edir


Ukrayna Almaniyanı "Soyuq müharibə" taktikası aparmaqda ittiham edib. Almaniya kanslerinin keçmiş baş nazir Yulia Timoşenkonun həbsinə görə Ukraynada keçiriləcək Avropa çempionatını boykot edəcəyi deyilir.

Ukrayna xarici işlər nazirliyi Almaniyanı "idmanı siyasətin girovuna" çevirməkdə ittiham edir.

Mətbuatda xəbərlər yayılıb ki, Almaniya kansleri və digər rəsmilər nazirlərdən Ukraynada alman komandasının oyunlarına qatılmamağı xahiş edib.

İki ölkə arasında münasibətlər keçən həftədən dərinləşməyə başlayıb. Ötən həftə Timoşenkonun həbsxanada döyüldüyü və aclıq aksiyasına başlaması barədə xəbərlər yayılıb.

Yeddi il həbsə məhkum edilmiş sabiq baş nazirin siyasi motivlərlə həbs olunduğu bildirilir. Rəsmi olaraq isə o, vəzifəsindən sui-istifadə etməkdə (hökumət başçısı olarkən) günahlandırılır.

İyunun 8-də başlayacaq Avropa çempionatına Polşa və Ukrayna birlikdə ev sahibliyi edir. Bu, müstəqilliyini elan edəndən sonra Ukraynada keçirilən ən böyük beynəlxalq tədbir olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG