Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:54

Ötən ay Naxçıvan gömrükçüləri 75500 ədəd pirotexniki vasitə aşkarlayıb


Arxiv foto

Arxiv foto

«UŞAQLAR VƏ ÜRƏK XƏSTƏLİKLƏRİ» MÖVZUSUNDA KONFRANS

Naxçıvan Diaqnostika – Müalicə Mərkəzində «Uşaqlar və ürək xəstəlikləri» mövzusunda konfrans keçirilib.

...Qeyd olunub ki, uşaqlarda ürək xəstəliklərinin yaranmasının mənbəyində müxtəlif səbəblər dayanır. Belə ki, anadangəlmə ürək qüsurlarının yaranma səbəbləri sırasında irsi keçid, qohum evlilikləri, hamiləlik dövründə anaların infeksion xəstəliklərə yoluxması və lazımsız dərmanlardan istifadə etməsi, valideynlərin alkoqollu içki qəbul etməsi, radiasiya və başqa amillər yer alır. Anadangəlmə ürək qüsurları olan uşaqlarda bir çox hallarda əldə, ayaqda, dodaqda göyərmə, tez yorulma, inkişafdan qalma, tez – tez xəstələnmə kimi əlamətlər özünü büruzə verir. Ancaq bəzi ürək qüsurlarında bu əlamətlər qeydə alınmır, təsadüf müayinə zamanı və ya xəstəliyin ağırlaşmaları hallarında xəstəlik aşkar edilir.

E. İmanov onu da qeyd edib k i, artıq son illərdə bu xəstəliklərin müalicəsi üçün Azərbaycandan kənara heç kəs getmir.


PİROTEXNİKİ MƏMULATLARIN QANUNSUZ DÖVRİYYƏSİNƏ QARŞI MÜBARİZƏ DAVAM ETDİRİLİR

Qeyd edək ki, 2003-cü il 23 dekabr tarixli Azərbaycan Respublikasının Qanununa əsasən, partlayıcı maddə və qurğuların, eləcə də tezalışan maddələrin və pirotexniki vasitələrin mülki dövriyyəsi tamamilə məhdudlaşdırılıb.

Araşdırmalar göstərir ki, pirotexniki məmulatların qanunsuz dövriyyəsinə cəhdlər ötən illərə nisbətən bu il bir qədər də artıb. Bu isə onu göstərir ki, həyata keçirilən məhdudlaşdırıcı və maarifləndirici tədbirlərə baxmayaraq, bu cür vasitələrə tələbat tam olaraq ortadan qalxmayıb.

Martın 11-nə olan məlumata görə, gömrükçülər tərəfindən tezalışan maddələrin və pirotexniki məmulatların qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 41 adda 75 min 500 ədəd müxtəlif markalı tropil və fişənglər, uşaq tapançaları və onların pistonları, eləcə də digər tezalışan vasitələr aşkarlanaraq götürülüb. Saxlanılan şəxslərlə bağlı araşdırmalar yekunlaşdırılıb və barələrində inzibati xəta işi açılaraq baxılması üçün məhkəmələrə göndərilib.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Geyimlərimiz, əslidə bizim kim olduğumuzu göstərir
- Karateçilərimiz mükafata layiq yerlər tutublar
- «Mirzə Fətəli» dramı Naxçıvan teatrında səhnəyə qoyulmuşdur
- Dağ kəndinin yeni büsatı

Şərhləri göstər

XS
SM
MD
LG