Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:30
HƏSƏN ƏBLUCUN 70 İLLİYİ KEÇİRİLƏCƏK

Aprelin 30-da saat 19.00-da Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Akademik Milli Dram Teatrın kiçik salonunda tanınmış sənətkar, rejissor, teatr və kino aktyoru, əməkdar artist Həsən Əblucun anadan olmasının 70 illiyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək.

Xəbəri AzadlıqRadiosuna Akademik Milli Dram Teatrının mətbuat xidməti verib.


GƏNCƏ TEATRI BAKIYA GƏLİR

Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrı Akademik Milli Dram Teatrının səhnəsində iki tamaşa oynayacaq.

Milli Dram teatrının mətbuat xidmətindən AzadlıqRadiosuna verilən məlumata görə, M.F.Axundovun 200 illik yubileyinə həsr olunmuş «Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah caduküni-məşhur» komediyası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb.

Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru Gümrah Ömər, quruluşçu rəssamı əməkdar rəssam Rəşid Şerif, geyim rəssamı Leyla Əliyevadır.

Tamaşa aprelin 30-da saat 20.00-da nümayiş olunacaq.

Bakıda nümayiş olunacaq ikinci tamaşa N.V.Qoqolun «Evlənmə» pyesi əsasında hazırlanmış eyniadlı səhnə əsəridir.

«Tam ağlasığmaz əhvalat»ın (tamaşanın janrı müəllif tərəfindən məhz belə göstərilib) quruluşçu rejissoru İradə Gözəlova, quruluşçu rəssamı Mustafa Mustafayev, geyim üzrə rəssamı Leyla Əliyeva, musiqi tərtibatçısı Tünzalə Mustafayevadır.

Tamaşa dövlət sifarişi üsulu ilə hazırlanıb.

Bakılılar bu səhnə əsərinə mayın 1-də saat 19.00-da teatrın böyük salonunda tamaşa edə bilərlər.

Mayın 1-də saat 15-də isə Gəncə teatrı Milli Dram Teatrının binasında Bakı səfəri ilə bağlı mətbuat konfransı keçiriləcək.


HEYDƏR ƏLİYEV SARAYI YENİLƏNİR

Mayın 1-dən Heydər Əliyev sarayı ərazisində simsiz internetə sərbəst çıxışlı zona yaradılacaq. Bu barədə APA agentliyinin yaydığı məlumatda deyilir.

Sarayın tamaşaçı foyesi (3000 kv.m) Wİ-Fİ zona ilə əhatə ediləcək və sarayda keçiriləcək tədbir və konsertlər zamanı istənilən şəxs burada pulsuz internetdən istifadə edə biləcək.

Bu addımı atmaqda məqsəd yerli tamaşaçılara və «Eurovision-2012» mahnı müsabiqəsinə gələn xarici turistlərə beynəlxalq standartlara uyğun, ən yüksək səviyyəli xidmət göstərməkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG