Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:02

Məhkəmə «2 aprelçilər»in şikayətinə baxıb


İctimai Palatanın 2 aprel aksiyası zamanı həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müşaviri Sahib Kərimovun və partiya fəalı Arif Alışlının vaxtından əvvəl azadlığa buraxılmasına dair müraciətinə baxılıb. Məhkəmə prosesi cəzaçəkmə müəssisəsində keçirilib.

AXCP sədr müavini Gözəl Bayramlının AzadlıqRadiosuna verdiyi məlumata görə, məhkəmə Sahib Kərimovun müraciətini təmin etməyib. Arif Alışlının isə məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə qərar çıxarıb.

Bakı Şəhər Prokurorluğu bu işin istintaqını Cinayət Məcəlləsinin 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə aparıb. 14 aksiyaçı cinayət məsuliyyətinə cəlb olunub. Onların 13-nə azadlıqdan məhrumetmə, 1-nə şərti həbs cəzası verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG