Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:27
Florida ştatının keşişi Terry Jones növbəti dəfə ictimai yerdə Quranı yandırıb. AFP məlumat verir ki, müqəddəs kitabın yandırılması prosesini 20 nəfər izləyib və baş verənlər internetlə canlı yayımlanıb.

Quranı Gainesville şəhərindəki kilsənin yanında odlayıblar. Terry Jones bununla İranda xristian keşiş Youcef Nadarkhaniyə ölüm hökmü kəsilməsinə etirazını bildirib. O, İslamdan imtina edib xristianlığı qəbul etdiyinə görə barəsində ölüm hökmü çıxarılıb.

Şəhərin yanğınla mübarizə xidməti isə təhlükəsizlik qaydalarına pozduğuna görə kilsə rəhbərliyini cərimələyib.

Yerli “The Gainesvill Sun” nəşrinin yazdığına görə, şəhər şurası keşişi bu əməlindən əl çəkməyə çağırıb. Hətta Pentaqonda deyiblər ki, bu hərəkətləri ilə Jones Əfqanıstanda və digər yerlərdə olan amerikan əsgərlərini təhlükə altına qoyur.

Terry Jones bundan əvvəl də Quranı yandırmağa cəhd etmişdi. O, ilk dəfə 2011-ci ilin martında öz planını həyata keçirib. Bu insidentə cavab olaraq Əfqanıstanda BMT missiyasının binasına hücum baş vermiş, nəticədə 12 nəfər həlak olmuşdu.

Bir ay sonra Jones Detroitdakı məscid yaxınlığında öz əməlini təkrarlamaq istəmişdi. Cavabında məhkəmədə 3 il ərzində onun məscidlərə yaxınlaşmasını qadağan etmişdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG