Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:38

Uşaqlara qarşı cinayətlərin 40 faizi məişət zəminində baş verir


Azərbaycanda uşaqlara qarşı törədilən cinayətlərin 40 faizi məişət zəminində baş verir. Trend-in məlumatına görə bunu aprelin 30-da Milli Məclisdə «Uşaqlara qarşı zorakılıq: səbəblər və onların aradan qaldırılması» mövzusunda keçirilən konfransda Daxili İşlər Nazirliyinin şöbə müdiri Kamal İmamverdiyev bildirib.

Şöbə müdiri deyib ki, Daxili İşlər Nazirliyi Uşaq klinikaları, Uşaq reabilitasioya mərkəzlərinin işində çox yaxından iştirak edir.

«Bu institutların yaradıldığı vaxtan bəri artıq 500-dən artıq uşaq hüquqi yardım alıb. O uşaqların içərisində zorakılığa məruz qalan uşaqlarda var ki, onlar da psixiloji, fiziki, hətta seksual zorakılığ ehtimalı olan hərəkətlər də var», - o deyib.

İmamverdiyev deyib ki, hüquqi yardım klinikasına biz 300-ə yaxın uşaq cəlb edilib. Tək onlarkla deyil, onların ailələri ilə də iş aparılır və Daxili İşlər Nazirliyi bu işdə yaxından iştirak edir.

Onun sözlərinə görə, Daxili İşlər Nazirliyində uşaq zorakılığının qarşısının alınması ilə bağlı dörd ildir ki 24 saat işləyən «Qaynar Xətt» fəaliyyət göstərir. O qeyd edib ki, əvvəl «Qaynar Xətt» yalnız Bakı şəhərində idi sə, artıq rayonları da əhatə edir.

İmamverdiyev bildirib ki, bununla belə Azərbaycanda uşaq zorakılığı ilə bağlı faktlar dfigər MDB ölkələri ilə müqaisədə 2-5 dəfə azdır.
XS
SM
MD
LG