Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:04

İran Qarabağ münaqişəsində vasitəçiliyə hazır olduğunu deyir


İranın xarici işlər naziri Ali Akbar Salehi

İranın xarici işlər naziri Ali Akbar Salehi

İran Qarabağ münaqişəsinin həllində vasitəçiliyə hazırdır.

Trend agentliyinin məlumatına görə, bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi deyib.

O Yerevanda ermənistanlı həmkarı Edvard Nalbandyanla keçirdiyi birgə brifinqdə bildirib ki,
Tehran Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyir, çünki İranın

Cənubi Qafqaz regionunda öz maraqları var.

Salehinin Yerevana səfəri zamanı həmçinin İranla Ermənistan arasında yeni əməkdaşlıq sazişi imzalanıb.

Müqavilədə tərəflərin beynəlxalq qanunlar və hüquq normalarına uyğun olaraq qarşılıqlı şəkildə ortaq sərhəd qapılarından istifadə etməsi nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG