Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:53

İran Bağdad danışıqlarına ümidlə yanaşır


İran nüvə proqramıyla bağlı Bağdadda aparılacaq danışıqların uğurlu olacağı və fikir ayrılıqlarının həlli istiqamətində konkret addımlar atılacağına ümidlə yanaşır.

Bunu İranın Xarici işlər naziri Ali Akbar Salehi bəyan edib.

Mayın 23-də Bağdadda İran və BMT təhlükəsizlik şurasının daimi üzvləri olan ABŞ, Böyük
Britaniya, Rusiya, Çin, Fransa, habelə Almaniya arasında növbəti görüş keçiriləcək.

Salehi apreldə bu məsələylə bağlı İstanbulda keçirilmiş görüşün səmərəli olduğunu və müəyyən irəliləyiş əldə olunduğunu deyir.

Həmçinin bu günlarədə İranla Beynəlxalq Atom Enerjisi Agentliyi arasında danışıqların bərpası gözlənilir.

Qərb hesab edir ki, İran gizlicə nüvə silahı üzərində işləyir.

Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədli olduğunu deyir.
XS
SM
MD
LG