Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:37

Sarkozy seçkiqabağı ittihamla üzləşib


Fransa prezidentliyinə namizəd sosialist Francois Hollandın seçki qərərgahı 5 il bundan əvvəl, indiki prezident Nikolas Sarkozynun seçki kompaniyasının bir qisminin keçmiş

Liviya dikdatoru Qaddafi rejimi tərəfindən maliyyələşdirilməsi məsələsilə bağlı cinayət işi açılmasını tələb edir.

Mayın 6-da Fransada prezident seçkisinin 2-ci mərhələsi keçiriləcək.

Sossialist partiyasının namizədi Fransua Ollandla indiki prezident Nikolas Sarkozy prezidentliyə əsas namizəddirlər.

Mediapart saytının şənbə günü yaydığı sənədə görə, Sarkozy Qaddafidən 50 milyona yaxın avro alıb.

Sarkozy isə ittihamı cəfəngiyyat adlandırıb və qeyd edib ki, Fransa ötən il Qaddafini devirmiş Liviya üsyançılarına kömk edib.

Həmçinin Beynəlxalq Valyuta Fondunun keçmiş icraçı direktoru Dominique Strauss-Kahn şənbə günü dolayısı ilə bildirib ki, onun siyasi koryerasının korlanmasına görə Sarkozy cavabdehlik daşıyır.

Strauss Kahn bu yaxınlarda üzləşdiyi seksual qalmaqaladək Sosialist partiyasından prezidentliyə əsas namizəd idi.

O bu qalmaqalın qondarma olduğunu deyir.

Sonda məhkəmə də ittihamı onun üzərindən götürüb.
XS
SM
MD
LG