Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:58

Ban Ki Moon Myanmaya 3 günlük səfərə gedib


BMT-inin baş katibi Ban Ki Moon Myanmaya 3 günlük səfərə gedib.

Onun ilk növbədə ölkı müxalifətinin lideri, Nobel sülh mükafatçısı Aung San Suu Kyi ilə görüşəcəyi gözlənilir.

Bu yaxınlarda ölkə parlamentindəki boş yerlərə keçirilmiş seçkini müxalifət udub.

Ban Ki Moon ümid edir ki, onun bu səfəri Myanmada keçirilən demokratik islahatlara təkan verəcək.

Uzun illər idi ki, ölkəni idarə edən hərbçilər bu yaxınlarda hakimiyyəti mülki hökumətə verib və son vaxtlar ölkədə bir sıra islahatlar həyata keçirilib.

Hazırda Avropa Birliyinin xarici siyasət məsələləri üzrə Catherine Ashton da Myanmada səfərdədir.

Avropa Birliyi bu yaxınlarda Myanmaya qarşı bir sıra sanksiyaları aradan qaldırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG