Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:17

Livanda saxlanmış gəmi Serro Leon bayrağı altında üzürmüş


Livan sahillərində içərisində silah olan saxlanmış gəmi Serro Leon bayrağı altında üzürmüş.

Livanın kəşfiyyat xidməti gəmidə 3 konteyner silah aşkar edildiyini deyir.

Bu silahların Suriya üsyançıları üçün nəzərdə tutulduğu güman edilir.

Məlumatda gəminin Liviyadan gəldiyi bildirilir.

Suriya hakimiyyəti dəfələrlə Liviyadan üsyançılara silah göndərildiyini bəyan edib.

Bəzi məlumatlarda gəminin bundan əvvəl Misirin İsgəndəriyyə şəhərində qısa lövbər saldığı bildirilir.

Suriyadakı beynəlxalq müşahidəçilərin rəhbəri , norveçli general-mayor Robert Moodun bazar günü Dəməşqə səfəri gözlənilir.

Aprelin 12-dən Suriyada atəşkəs elan edilsə də ölkədə zorakılıqlar davam edir.

1 ildən çoxdur ki, Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi etirazlar keçirilir.
XS
SM
MD
LG