Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:10

Zigmund Freud - Azərbaycan dilində!


"Qanun" nəşriyyatı görkəmli Avstriya alimi, psixoanalizin banisi Zigmund Froydun “Totem və Tabu” əsərini ilk dəfə olaraq Azərbaycan dilində çap edib.

Cəlil Cavanşirin almancadan çevirdiyi əsərdə Froy dövrünün nevroz xəstələri ilə ibtidai insan arasında müəyyən bir bağın və ya araşdırılmamış bir əlaqənin olmasını isbat etməyə çalışır.

Tarixdə qadağaları olmayan heç bir qövm və toplum yoxdur və bu qadağaların hər birinin psixoloji səbəbləri var. Əsərdə ibtidai toplumlardakı qadağalar, əsatir və din, insest və totem, Edip kompleksi, tabu və libido mövzuları geniş təhlil edilir.

Froyd araşdırmalarında insanların dini yaratmasını psixoloji mənada uşaqlıq illəri ilə əlaqələndirir. İnsan aciz olduğu zaman zehnində uşaqlıq illərinə qayıtmış kimi olur. Necə ki uşaq vaxtı çətinliklərlə qarşılaşdığı zaman valideynlərinə sığınır və onlardan kömək istəyirsə, böyüdükdən sonra da sığınacaq bir qüvvə axtarır ki, bu qüvvə də dindir.

Müəllif əmindir ki, ibtidai insanın dinə, totemlərə, tabulara, cinlərə olan münasibəti ilə aparılan analogiya ilə günümüzün nevrozlularını psixoanaliz vasitəsilə müalicə etmək mümkündür.

Dinə qarşı sərt mövqeyilə tanınan müəllif bu əsərində din haqqında sərt fikirlər səsləndirir.

Müəllifə görə din ən böyük təhlükələrdən biridir. Çünki tarix boyu cəmiyyətə ziyan vuran sinfi təbəqələşmənin cəmiyyət içərisində möhkəmlənməsinə səbəb olub. Bu da, öz növbəsində, cəmiyyəti geriyə aparmış, inkişafdan saxlamışdır.

Froyd “Edip kompleksi” haqqındakı araşdırmalarını ilk dəfə bu kitabda oxucularına təqdim etmişdir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG