Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:08

Ukrayna hakimiyyəti cinayətkarların həbsinə aparan məlumata 250 min dollar vəd edib


Ukrayna hakimiyyəti Dnepropetrovskdakı partlayışları törədənlərin həbsinə aparan informasiyaya 250 min dollar mükafat vəd edib.

Bunu ölkə prezidenti Viktor Yanukoviç şənbə günü şəhərdə keçirdiyi qapalı iclasdan sonra bəyan edib.

Cümə günü şəhərdə törədilmiş 4 partlayışda 10 uşaq da daxil olmaqla 30 adam yaralanıb.

Partlayışlara görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.

Şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib, mayın 2-dək kütləvi tədbirlər ləğv edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG