Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:30

Səudiyyə Ərəbistanı Bin Ladenin həyat yoldaşı və qızlarını qəbul edib


Səudiyyə Ərəbistanı Osama Bin Ladenin həyat yoldaşı və qızlarını qəbul edib.

Bu barədə Asharq Al-Awsat qəzeti adının çəkilməsini istəməyən hökumət rəsmisinə istinadla xəbər verir.

Onun sözlərinə görə, ölkə rəhbərliyi qəti əmindir ki, onlar heç bir terrorçuluq fəaliyyətilə məşğul olmayıb.

Bin Ladenin 3 həyat yoldaşı və 11 uşağı cümə günü Pakistandan Səudiyyə Ərəbistanına göndəriliblər.

Qadınlardan 2-si Səudiyyə Ərəbistanı, 1-i isə Yəmən vətəndaşıdır.

Onlar Osama Bin Laden ötən ilin mayında İslamabad ətrafında öldürülərkən saxlanmışdılar.
XS
SM
MD
LG