Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:20

Sudan BMT-nin sərhəddəki vəziyyətə qarışmaq cəhdini rədd edib


Sudan BMT-nin Cənubi Sudanla sərhəddəki münaqişəyə qarşımaq cəhdini rədd edib.

Sudan daxili işlər nazirliyinin yaydığı bəyanatda deyilir ki, BMT-nin Afrika Birliyinin nəzarətində olan vəziyyətə qarşıması mənfi nəticə verəcək.

Cənubi Sudan isə şənbə günü sərhəddə yeni toqquşmalar olduğunu, Sudanın dəstəklədiyi yaraqlıların Malakal şəhərinə hücum etdiyini xəbər verir.

Məlumata görə, Cənubi Sudan ordusu hücumun qarşısını alıb, 3 üsyançı və Sudan ordusuna məxsus yük maşınını ələ keçirib.

Cənubi Sudan ötən il Sudandan ayrılaraq müstəqillik qazansa da sərhəd bölgəsindəki
neftlə zəngin ərazilər üstündə mübahisə hələ də həll olunmamış qalır.

Günün bütün mövzuları

XS
SM
MD
LG