Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:18

Suriyada 14 keçmiş hərbçi öldürülüb


Şənbə günü Dəməşqin ətrafında hökumət qoşunlarıyla toqquşmada müxalifətin tərəfinə keçmiş 10 hərbçi öldürülüb.

Bu barədə Londonda fəaliyyət göstərən suriyalı hüquq müdafiəçiləri xəbər verirlər.

Hüquq müdafiəçiləri həmçinin bundan əvvəl prezident Bashar Assadın Latakiyyədəki iqamətgahının ətrafında atışma olduğunu xəbər vermişdilər.

Amma bu insident zamanı itki olmayıb.

Məlumatlara görə cümə günü isə Suriyada baş vermiş toqquşmalarda 14 adam ölüb.

Onlardan 10-nun mülki şəxslər olduğu bildirilir.

Aprelin 12-dən ölkədə atəşkəs elan edilsə də zorakılıqlar davam edir.

Suriyadakı beynəlxalq müşahidəçilərə rəhbər təyin edilmiş norveçli general Robert Mud şənbə günü Dəməşqə yollanıb.

1 ildən çoxdur ki, Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi aksiyalar keçirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG