Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:08

Strauss Khan siyasi rəqiblərini günahlandırır


Beynəlxalq Valyuta Fondunun keçmiş icraçı direktoru və tanınmış fransalı siyasi xadim
Dominique Strauss Khan siyasi karyerasının dağılmasına görə siyasi rəqiblərini günahlandırır.

O Britaniyanın The Guardian qəzetinə müsahibəsində deyib ki, onun Fransada keçirilən prezident seçkisində iştirak edə bilməməsini siyasi rəqibləri təşkil edib.

Qəzet qeyd edir ki, Strauss Khan açıq-aşkar indiki prezident Nikolas Sarkozynu nəzərdə tutur.

1 il bundan əvvəl onun Sosialist partiyasından prezident seçilmək üçün əla şansı var idi.
Amma 2011-ci ildə seksual qalmaqala görə onun Nyu-Yorkda həbs edilməsi məsələni əngəllədi.

Az sonra isə ittiham əsaslı dəlillər olmadığına görə, Strauss Khanın üzərindən götürüldü.
XS
SM
MD
LG