Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:55

Yanukoviç Dnepropetrovskə gedib


Ukrayna prezidenti Viktor Yanukoviç dünən 4 partlayış törədilmiş Dnepropetrovsk şəhərinə gedib.

30 yaralıdan 22-si hələ də xəstəxanadadır.

Onlardan 4-nün ağır olduğu bildirilir.

Partlayışlara görə cavabdehliyi heç kim üzərinə götürməyib.

Ukrayna Təhlükəsizlik Şurasının sədr müavini Vladimir Rokitski bildirib ki, hələlik hər hansı versiyadan danışmaq tezdir.

Həmçinin Daxili İşlər Nazirliyi İstintaq İdarəsinin rəisi Vasili Farinnik məsələnin siyasi yox, cinayət xarakterli olduğunu deyir.

Şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib, mayın 2-dək kütləvi tədbirlər ləğv edilib.
XS
SM
MD
LG