Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:28

İran Beynəlxalq Atom Enerjisi Agentliyilə danışıqları bərpa edir


İran nüvə proqramıyla bağlı Beynəlxalq Atom Enerjisi Agentliyilə danışıqları bərpa edir.

İranın agentlikdəki nümayəndəsi Ali Asgar Soltanie görüşün mayın 13-14-də Vyanada keçiriləcəyini deyir.

O bildirib ki, bu İranın nüvə proqramının dinc məqsədli olduğunu və onun ünvanına deyilən bütün ittihamların əsassız olduğunu göstərir.

İran bu problemlə bağlı ABŞ-da daxil olmaqla 6 ölkəylə də danışıqları bərpa edib və danışıqların növbəti mərhələsi mayın 23-də Bağdadda keçiriləcək.

İranın xarici işlər naziri Ali Akbar Salehi bu günlərdə ABŞ, Böyük Britaniya, Rusiya, Çin, Fransa və Almaniya ilə aparılan 6 tərəfli danışıqlara nikbin yanaşdığını deyib.

Beynəlxalq aləm hesab edir ki, İran gizlicə nüvə silahı üzərində işləyir.
Tehran İttihamı rədd edir.
XS
SM
MD
LG