Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:57

Musa Yaqubun yeni kitabı çap olundu


“Dövrün dəyirmanı” adlanan şeir, poemalar kitabı şairin 75 yaşı münasibətilə işıq üzü görüb.

Şairin bir növ oxucuları qarşısında öz ömrü, yaradıcılığı ilə bağlı verdiyi hesabat olan kitabda onun bütün poemaları, eləcə də seçmə şeirləri, o cümlədən yeni şeirləri toplanıb.

“Dövrün dəyirmanı” Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə işıq üzü görüb.

Redaktoru jurnalist-publisist Nəzirməmməd Zöhrablı, bədii tərtibatçısı gənc yazar Zaur Qəriboğludur.

Musa Yaqubun 75 yaşı mayın 10-da tamam olur.

O 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub.

M.Yaqub müxtəlif vaxtlarda Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifələrində çalışıb. İsmayıllı rayonunda çıxan "Zəhmətkeş" qəzetinin redaktoru olub.

Bir neçə il Milli Məclisin deputatı olub.
XS
SM
MD
LG