Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:54

İçməli suyun verilməsində məhdudiyyətlər olacaq


Aprelin 28-29-da Bakının Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərinə (M.Qaşqay, C.Hacıbəyli, Təbriz küçələrinə, Xətai prospektinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə «Trend»ə «Azərsu» ASC-dən məlumat verilib.

Məlumatda bildirilir ki, məhdudiyyətlər abunəçilərin fasiləsiz və keyfiyyətli içməli su ilə təchiz edilməsi, su itkilərinin qarşısını almaq məqsədi ilə Xətai prospektində yeni çəkilmiş su xəttinin şəbəkəyə qoşulması işləri ilə əlaqədardır.

Yaranmış narahatlıqla əlaqədar «Azərsu» ASC abonentlərdən üzr istəyir.
XS
SM
MD
LG