Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:28

Hüquq müdafiəçilərindən prezidentə mesaj, modern Qəbələdə feodal idarəçiliyi və....


Mətbuat icmalı

Mətbuat icmalı

«Azərbaycan» qəzeti yazır ki, «Eurovision» mahnı müsabiqəsi zamanı Azərbaycana gələn qonaqlara yüksək səviyyədə nəqliyyat xidmətləri göstəriləcək:

«130-a yaxın müasir mikroavtobus və digər minik maşınları iştirakçıların və qonaqların xidmətində olacaq».

Qəzet yazır ki, «Bakı və Sumqayıt sərnişin stansiyalarında, Gəncə vağzalında səsli məlumatlar Azərbaycan, rus və ingilis dillərində səsləndiriləcək. Tədbir müddətində Bakı-Tbilisi-Bakı turist qatarının istifadəyə verilməsi nəzərdə tutulur. Bundan başqa qonaqların qaldığı 22 otellərə yaxın 22 dayanacaqda «London taksiləri»nin xidməti nəzərdə tutulub».

200 KİŞİNİ AIDS-Ə YOLUXDURAN QIZIN AQİBƏTİ

«Bizim yol» qəzeti yazır ki, Azərbaycanda «200 kişini SPİD-ə yoluxdurmuş qız ölüb. Qəzet 22 yaşlı qızın 3 gün əvvəl «QİÇS Əleyhinə Mübarizə Mərkəzində vəfat edib».

2007-ci il iyulun 8-də «Ümid yeri» uşaq evindən hüquq-mühafizə orqanlarına təhvil verilən qız qəsdən müştəriləri xəstəliyə yoluxdurmaqda ittiham olunub və məhkum edilib.

HÖKUMƏTİN MÖVQEYİ İLƏ REALLIĞIN UYĞUNSUZLUĞU

«Yeni Müsavat» qəzeti «Modern Qəbələdə feodal idarəçiliyi» ndən yazır:

«Burda ağalar kəndin öz torpağını özünə əkdirir və məhsulu götürüb kəndliyə satır. Hökumətin açıqladığı rəqəmlərə inansaq, Qəbələdə işsiz yoxdur. Amma reallıq tamam başqadır. Taksi

Taksi

​Rayonda 100 nəfəri dindirsən 60-ı deyəcək ki, işsizəm».

İSTANBULDAKI VƏZİYYƏTİN BAKIDA TƏKRARLANMA EHTİMALI

«Ekspress» qəzeti yazır ki, «Taksi lisenziyası bahalaşacaq».

Qəzet belə getsə, Bakıda İstanbuldakı vəziyyətin təkrarlana biləcəyini qeyd edir:
«İstanbulda son 10 ildə taksi nömrələrinin qiyməti 4 dəfədən çox artıb. Hazırda İstanbulda taksi nömrələrinin icarə haqqı 2200 dollar təşkil edir».

HÜQUQ MÜDAFİƏÇİLƏRİNİN PREZİDENTİN ƏVƏZİNƏ KEÇİRDİKLƏRİ NARAHATLIQ

«Azadlıq» qəzeti hüquq müdafiəçilərinin «Prezidentə «sonra gec olar» mesajı» verdiyini yazır:

«Hüquq müdafiəçiləri ölkə başçısını ciddi kadr islahatı aparmağa, siyasi məhbusları azad etməyə çağırdılar».

Hüquq müdafiəçiləri deyiblər ki, «əks halda mahnı müsabiqəsi çərçivəsində Bakıya gələcək xarici jurnalistlər zəngin neft ölkəsində təkcə iqtisadi durumla yox, demokratiyanın səviyyəsi ilə də maraqlanacaqlar».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG