Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:06
-
21 yaşlı ukraynalı model Valeriya Lukyanova internetdə ən məşhur qadına çevrilib. İndi Rusiyada və Ukraynada ən çox ondan danışırlar. Valeriyanı məşhurlaşdıran isə Barbie kuklasına oxşamasıdır.

Valeriya Lukyanova təkcə üz yox, həm də bədən quruluşuna görə də Barbie kuklasına çox oxşayır. Barbie kimi uzun sarı saçları, iri mavi gözləri və böyük sinəsi var.

Valeriya «Facebook»da və «YouTube»da çoxlu şəkillərini və videosunu yerləşdirib. Burada onun makiyajsız şəkilləri də var. Baxanların çoxu deyir ki, Barbie kuklasına oxşadılması üçün şəkillərə kompyuter proqramları ilə düzəliş edilib.

Ancaq Valeriya plastik cərrahiyə keçirmədiyini iddia edir. Deyir ki, o, Barbie kuklasına təbiətən oxşayır. Gözləri haqqında o, bunu deyir:

«Gözlərimdə dəqiq linza yoxdur. Bu, gözlərimin təbii rəngidir. Bunu mənə təbiət bəxş edib. Bu, yaşıl rəngdir. Mən bu rəngi çox xoşlayıram. Amma onu dəyişməyi də üstün tuturam».

Valeriyanı bəyənənlər də var, bəyənməyələr də. Bəziləri onun çox cazibədar olduğunu yazır. Ancaq heç də bütün istifadəçilər bu oxşarlığı bəyənmir. İstifadəçilərdən biri yazıb ki, «o, çox gülməli görünür».



BARBIE OLMAQ ÜÇÜN NƏ ETMƏLİ?

Manhetten Plastik Cərrahiyə Klinikasının direktoru, doktor Anthony Labruna deyir ki, bir insanın Barbie kuklasına bənzədilməsi üçün sinəsi, ombaları böyüdülməli, belindən bir neçə qabırğa çıxarılmalıdır.

Amerika Plastik Cərrahiyyə Cəmiyyətinin professoru, doktor Malcolm Roth isə plastik əməliyyatların gənc qızlar üçün təhlükəli olduğunu bildirir:

«21 yaş insanın fiziki inkişafında dönüş nöqtələrindən biridir. Hər kəs başa düşməlidir ki, başqa cərrahiyyə əməliyyatları kimi, plastik əməliyyatların də riski var. Buna asanlıqla qərar vermək olmaz».

Rusiyada xüsusilə 90-cı illərdə plastik cərrahiyyə keçirən klinikaların sayı artıb. Belə klinikalar daha çox Moskvada cəmləşib.

Günün bütün mövzuları

XS
SM
MD
LG