Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:55

İctimai Palata 6 may mitinqinə hazırlaşır


İctimai Palata (İP) mayın 6-da yürüş-mitinq keçirməkdə israrlıdır.

Bu barədə qərar aprelin 27-də İP-nin Koordinasiya Şurasının toplantısında qəbul edilib.

Bunu AzadlıqRadiosuna Koordinasiya Şurasının üzvü Rafiq Manaflı deyib.

İP aksiyanı 3 ünvandan birində - metronun «Dərnəgül» stansiyası çıxışında, «Təbriz» kinoteatrının qarşısındakı meydanda və ya «Nərimanov» parkında keçirmək istəyir.

«Bizə mitinqi yenə ötən dəfəki ünvanda - sürücülük məktəbinin həyətindəki meydanda keçirmək təklif olunsa, bunu müzakirə edəcəyik».

İctimai Palata Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış əvvəlki 2 aksiyanı Bibiheybət qəsəbəsi, 20-ci sahə, Sürücülük Məktəbinin həyətindəki meydanda keçirib.
XS
SM
MD
LG