Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:38

Azərbaycanla sərhəddə 3 erməni əsgəri öldürülüb


Arxiv foto. Ermənistan ordusunun əsgərləri.
Arxiv foto. Ermənistan ordusunun əsgərləri.
-

Qarabağ danışıqların vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Iqor Popov (Rusiya) və Jacques Faure (Fransa) Ermənistan-Azərbaycan sərhədində, eləcə də Qarabağda qoşunların təmas xəttində atəşkəsin tez-tez pozulması və ölən, yaralananların olması haqda xəbərlərdən dərin narahatlıqlarını bildiriblər.

Onlar aprelin 27-də birgə bəyanat yayıblar:

“Belə anlamsız atəşkəs pozuntuları tərəflərin güc istifadəsindən çəkinmək və Dağlıq Qarabağ problemini sülh yolu ilə həll etmək öhdəliklərinin pozulması olmaqla yanaşı həm də prezidentlər Əliyev və Sarkisyanın 23 yanvar 2012-ci il tarixli birgə bəyanatının ruhuna ziddir.

Həmsədrlər insan ölümlərinə səbəb olan halları pisləyərək bir daha təkrar edirlər ki, münaqişənin sülh yolu ilə həllinin alternativi yoxdur. Həmsədrlər tərəfləri çağırırlar ki, 1994-cü ildə əldə edilmiş atəşkəsə hörmətlə yanaşsınlar və gərginliyin daha da artmasına yol açacaq hər cür qisasçı hərəkətlərdən çəkinsinlər”.

***

Ermənistan rəsmiləri bildirirlər ki, aprelin 27-də Azərbaycanla sərhəddə silahlıların hərbi maşına hücumu nəticəsində 3 əsgər həlak olub.

Ermənistan prezidenti Serzh Sargsyan atəşin Azərbaycan tərəfdən açıldığını deyərək cavab addımları ilə hədələyib.

Ermənilər qeyd edirlər ki, iki gün əvvəl də bu hadisənin baş verdiyi ərazini Azərbaycan atəşə tutmuşdu.

Azərbaycanla Ermənistan tez-tez bir-birini atəşkəsi pozmaqda ittiham edirlər. Bu günlər atəşkəsin pozulması nəticəsində Azərbaycan ordusunun bir zabiti də həlak olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG