Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:53

Yulia Tymoshenkonun azadlığa buraxılması tələbilə etiraz aksiyası keçirilib


Aprelin 27-də Ukraynanın paytaxtı Kiyevdə müxalifət fəalları keçmiş Baş nazir Yulia Tymoshenko-nun azadlığa buraxılması tələbilə etiraz aksiyası keçiriblər.

Müşahidəçilər şəhərin mərkəzinə toplaşan minlərlə adamın Tymoshenkonun dərhal azad edilməsini və prezidentin istefa verməsini tələb etdiyinid eyirlər. Onlar həmçinin Tymoshenkonun keçən həftə zorla xəstəxanaya aparılması barədə araşdırma tələb ediblər.

Keçmiş Baş nazir keçən ilin oktyabrında vəzifədən sui-istifadə ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG