Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 01:05

«Ferrari»sini satmış rahib" kitabı - Azərbaycan dilində!


Bakı "Kitab Klubu" populyar Kanada yazarı və motivasiya üzrə mütəxəssisi Robin Şarmanın "Ferrari»sini satmış rahib" kitabını Azərbaycan dilində çap edib.

Pritça şəklində yazılmış kitab mənəvi böhran keçirən varlı bir hüquqşünasın - Culian Mentlin necə özündə güc tapıb yeni həyata başlaması haqdadır.

Qədim mədəniyyətlərə, fəlsəfəyə dalması onun həyatını dəyişir və o:

• sevinclə düşünməyi;

• öz təyinatına uyğun yaşamağı;

• ağlın gücünü dərk edib cəsarətlə hərəkət etməyi;

• ən böyük sərvət olan vaxtı qorumağı;

• başqa insanlarla qarşılıqlı münasibətləri dəyərləndirməyi;

• indiki zamanla yaşamağı

öyrədən təsirli, müdrik və praktik bilikləri kəşf edir.

Bu əsər yarıavtobioqrafikdir.

Özü də hüquqşünas olan Şarma qədim Şərq fəlsəfəsi ilə maraqlanır.

O, kitablarında uğur qazanmağın Qərb texnologiyalarını Şərq müdrikliyi ilə sintez edir.

Robin Şarmanın bu kitabı haqqında Paulo Koelyo belə deyib: «Bu cəlbedici kitab həm öyrədir, həm də heyran edir». Şarmanın kitabı özünə rəhbərlik etməyin məxsusi dərsliyi, gerçək uğur və xoşbəxtliyin səmərəli düsturudur. «Ferrari»sini satmış vəkilin etdiyi kimi, dayanmaq və hər şeyi yenidən başlamaq heç vaxt gec deyil.

Daha ətraflı məlumat BURDA.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG