Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:27
Kann Film Festivalının komitəsi Altın Palma uğrunda yarışacaq 22 filmi dəyərləndirəcək münsiflər heyətinin adını açıqlayıb.

Xəbəri festivalın rəsmi saytı yayıb.

Jüriyə italyan rejissor və aktyor Nanni Moretti başçılıq edəcək.

Qalan üzvlər bunlardır:

Fələstinli aktyor və rejissor Hiam Abbass, ingilis rejissoru Andrea Arnold, fransız aktyor Emmanuelle Devos, alman aktyor Diane Kruger, fransız modaçı Jean-Paul Gaultier, ingilis aktyor Ewan McGregor, amerikalı prodüser Alexander Payne, haitili rejissor və prodüser Raoul Peck.

65-ci Beynəlxalq Kann Film Festivalı bu ilin 16-27 may tarixlərində keçiriləcək.
Festivalın tam proqramı aprelin 19-da açıqlanıb.

Festival Wes Аnderson'un «Moonrise Kingdom» («Dolunay krallığı») filmi ilə açılacaq və Claude Miller'in «Therese Desqueyroux» (Tereza Deskeyru) filmi ilə bağlanacaq.

Bu ilki festivalın simvolu əfsanəvi Hollivud ulduzu Marilyn Monroe olacaq.
XS
SM
MD
LG