Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:32
Ukraynada Dnepropetrovsk şəhərində aprelin 27-də baş vermiş azı dörd partlayışda 27 nəfər yaralanıb. Yaralılardan 9 nəfərinin məktəb uşaqları olduğu bildirilir.

Partlayışlardan biri tramvay dayanacağında baş verib.

Polis zibil qutusuna qoyulan bombanın partlaması nəticəsində azı 5 nəfərin yaralandığını bildirir.

Bundan yarım saat sonra dəmiryolu stansiyasında, daha sonra isə başqa yerlərdə partlayışlar olub.

Yerli medianın xəbərinə görə, terror aktı ittihamı ilə cinayət işi açılıb.

Prezident Viktor Yanukovich bugünkü partlayışları ölkənin üzləşdiyi ən böyük problem adlandırıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG