Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:48

Qafqaz Müsəlmanları İdarəsi təxminən 4 min manata VIP Həcc ziyarət paketləri təklif edir, 2600 manatlıq avtobusla ziyarətlər isə daha olmayacaq

Azərbaycanlı zəvvarlar üçün Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib.

Məlumatda deyilir ki, Azərbaycandan Həcc ziyarətinə avtobusla gediş ləğv olunub. Azərbaycanlı zəvvarlar Həcc ziyarətinə yalnız təyyarə ilə gedə biləcək.

Həcc ziyarətinə yollanmaq istəyən zəvvarlara iki qiymət təklif olunur. 3090 manat və 3850 manat.

3090 manat məbləğində pul ödəyən zəvvarlara sadə yemək veriləcək, onlar 8 və 16 nəfərin qaldığı otaqlarda gecələyəcəklər.

QMİ VİP Həcc ziyarəti də təklif edir. Qiyməti 3850 manatlıq olan xidmətdən istifadə edəcək zəvvarlar 2 və 4 nəfərlik otaqlarda qala bilərlər. Onlara bahalı və dadlı yeməklər də veriləcək.

Azərbaycanlı zəvvarlar Həcc ziyarətinə oktyabrın 12-dən etibarən yola düşəcəklər.

Qeyd edək ki, 2011-ci ildə Həcc ziyarətinin qiymətləri avtobuslarla 2650 manat , təyyarə ilə 3750 manat olub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG