Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:48

Bin Ladenin 3 arvadı və 11 uşağı deportasiya olunub


Əl-Qaidə liderinin ailəsi aeroporta aparılır

Əl-Qaidə liderinin ailəsi aeroporta aparılır

Osama bin Ladenin ailəsi Pakistandan deportasiya olunub. Pakistanın hakimiyyət nümayəndələrinin bildirdiyinə görə, bin Ladenin üç arvadı və 11 uşağı təyyarə ilə Səudiyyə Ərəbistanına göndərilib.

Onlar Əl-Qaidə lideri öldürüləndən sonra həbs edilmişdilər. Daha sonra bin-Ladenin 3 arvadı və iki qızı ölkəyə qanunsuz yolla girməkdə və yaşamaqda ittiham olunmuş, 45 gün ev dustaqlığı almış və 10 min rupi məbləğində cərimələnmişdi.

Bin Ladenin arvadlarından ikisi Səudiyyə Ərəbistanı vətəndaşı, sonuncusu isə yəmənlidir. Sonuncunun öz ölkəsinə göndəriləcəyi bildirilir.

Osama bin Laden 2011-ci il mayın 2-də ABŞ xüsusi təyinatlılarının keçirdiyi əməliyyat nəticəsində İslamabad yaxınlığındakı evində öldürülmüşdü. Həmin vaxt Osama bin Ladenin ailəsi xəsarət almamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG