Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:42

Suriya hakimiyyəti şəhərlərdən hərbi texnikanı çıxarmır


Suriya hakimiyyəti təcili olaraq qoşunlarını və ağır texnikanı şəhərlərdən çıxarmalıdır. Bunu BMT-nin baş katibi Ban ki-Moon bildirib.

Baş katib bildirib ki, Suriyada şəhərlərin artilleriya atəşinə tutulması və hələ də ağır texnikanın qalması barədə BMT müşahidəçilərindən daxil olan məlumatlardan ciddi narahatdır. Ban ki-Moon deyib ki, bu, Suriya hökumətinin götürdüyü öhdəliklərə ziddir.

Aprelin 26-da ABŞ-ın BMT-dəki nümayəndəsi Susan Rice Suriya hakimiyyətini Hama və başqa şəhərlərdən hərbi texnikanı çıxarmamaqda ittiham etmişdi. Bildirmişdi ki, bu vəziyyət dəyişməsə, ABŞ BMT Təhlükəsizlik Şurası qarşısında Suriyaya qarşı yeni sanksiyalar tətbiq olunması məsələsini qaldıracaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG