Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:43

Əfqanıstanda 4 polis öldürülüb, 16 nəfər oğurlanıb


Əfqanıstanın Bədəxşan əyalətində polis postuna edilmiş hücum zamanı 4 nəfər öldürülüb, 16 nəfərsə oğurlanıb.

Regional polis rəisi həmçinin 2 polis zabitinin yaralandığını xəbər verir.

Hücuma görə cavabdehliyi Taliban üzərinə götürüb.

İki ay əvvəl elə bu ərazidə 3 polis öldürülmüş, 12 nəfərsə oğurlanmışdı.

Bir neçə həftədən sonra onlar azad edilib.
XS
SM
MD
LG