Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:44
-


QORXULU REKORDA AZ QALIB

Bu ilin əvvəlindən dünyada ərzaq qiymətləri 8 faiz artıb. Dünya Bankının son hesabatına görə, hazırkı qiymətlər 2011-ci ildə qeydə alınan böhran səviyyəsindən cəmi 6 faiz aşağıdır.

Sənəddə, yanvar – mart ayları arasında düyüdən başqa bütün ərzaq məhsullarının qiymətinın qalxdığı qeyd olunur.

Bahalaşmanın əsas səbəblərini Dünya bankı neftin qiymətinin artmasında, havaların pis keçməsində, kənd təsərrüfatı məhsuldarlığının proqnozlardan az olmasında, Asiya ölkələrində ərzaq məhsulları idxalına tələbatın yüksək qalmasında və Avropadakı maliyyə böhranıda görür.

1960-cı ildən bəri ərzaq qiymətləri və böhran həddi (qırmızı xəttlə)

1960-cı ildən bəri ərzaq qiymətləri və böhran həddi (qırmızı xəttlə)

Bir çox ölkələrdə qiymətlər o qədər qalxıb ki, bəzi ölkələrdə qeydə alınan ucuzlaşmaların ümumi mənzərəyə təsirini yoxa endirib.

Ölkələr üzrə ən böyük qiymət artımı son 1 ildə buğdanın qiymətlərində müşahidə edilib. 2011-ci ilin martı ilə müqayisədə buğda Belarusda 92, Moldovada isə 56 % bahalanıb. Qırğızıstanda 19, Gürcüstanda 11, Ukraynada 9 faiz ucuzlaşıb.

ƏRZAQ TƏHLÜKƏSİZLİYNƏ NÖVBƏTİ ZƏRBƏ

Dünya Bankının yoxsulluğun azaldılması və iqtisadi idarəetmə üzrə vitse-prezidenti Otaviano Canuto deyir ki, 4 ay davam edən ucuzlaşmadan sonra qiymətlər yenidən artmağa başlayıb ki, bu da milyonlarla adamın ərzaq təhlükəsizliynə zərbədir”.

Dünya Bankı bildirir ki, əgər indi vəziyyət qalsa və 2012/13-cü illər üçün məhsul yığımı proqnozlaşdırılandan az olsa qiymətlərin qəfil sıçrayışı və yeni rekord səviyyəyə qalxması baş verə bilər. Bu isə yeni ərzaq böhranı demək olacaq.

2008-2009-cu illərdə ərzaq çatışmazlığı bir çox inkişaf etməkdə olan ölkələrdə üsyanlara və toquuşmalara səbəb olmuşdu.

Ancaq Dünya Bankı indi ərzaq böhranını öncədən görməyə imkan verən system üzərində işlədiklərini və bu sistemdən ötrü yerli və qlobal səviyyədə ərzaq qiymətlərini və təsir edən amilləri monitorinq etdiklərini bildirir.


AZƏRBAYCANDA QİYMƏTLƏR CÜZİ ARTIR

Azərbaycana gəlincə, 2012-ci ilin birinci rübündə rəsmi statistikaya görə, Azərbaycanda ərzaq qiymətləri bir il əvvəlki dövrlər müqayisədə ancaq 3.9 % bahalanıb. Aylar üzrə götürəndə isə qiymətlərin əsas sabit qaldığı, artımın çox cüzi olduğu bildirilir.

Turan İnfromasiya agentliyinin özünü müstəqli monitorinqlərinə əsasən isə, ilin əvvəlindən bu yana Azərbaycan ərzaq məhsullarının qiymətləri cəmi 0.5 % artıb. Mövsümlə əlaqədar olaraq bir sıra kənd təsərrüfatı məhsullarının qiymətlərində artıb azalma hallarıolsa da, məsələn Martda ərzaq məhsullarının qiymətləri orta hesabla sabit olaraq qalıb. Turan yazır ki, Mart ayında ərzaq məhsullarından yalnız xaricdən gətirilən kərə yağlarının qiymətlərində orta hesabla-1,5% bahalaşma qeydə alınıb. Digər ərzaq məhsullarının qiymətləri isə dəyişməz qalıb.

Bakı sakinləri ərzaq məhsullarının qiymətləri barədə fərqli düşünür və qiymətlərin getdikcə artdığını bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG