Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:31

Məşhur müğənnini Amerikaya buraxmadılar


Amerika məşhur rus müğənnisi, deputat İosif Kobzona viza verməkdən imtina edib.

Onun adı “viza alması və ölkəyə gəlməsi qadağan edilən şəxslər siyasındadır”.

İmtina qərarında ABŞ-ın immiqrasiya qanunlarının iki bəndinə istinad edilir.

Həmin bəndlər “cinayət əməli törətmiş və bununla bağlı fəaliyyətlə məşğul olan”, eləcə də “qadağan olunmuş maddələrin dövriyyəsində əli olan” şəxslərə aiddir. O cümlədən narkotik maddələrin.

Kobzonun rus mafiyası ilə əlaqələrindən şübhələndiklərinə görə ABŞ məmurları ona bundan əvvəl də viza verməkdən imtina ediblər.

Müğənni mafiya ilə əlaqələri olduğunu dəfələrlə təkzib edib.

Ona ABŞ vizasının verilməməsini isə “anlaşılmazlıq” adlandırır.

Kobzon sonuncu dəfə ABŞ-da 1994-cü ildə olub.

Son imtinadan sonra isə bir daha ABŞ-a getməyə cəhd etməyəcəyini bildirib.

Bu il Kobzonun 75 yaşı tamam olur və o, yubiley ilində Amerikadakı pərəstişkarları qarşısında da konsert vermək istəyirdi.

O, bunu “vida turu” adlanıdırır.

Kobzon Nyu-York, Boston və Çikaqoda konsertlər verməyi planlaşdırırdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG