Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:08
Almaniya prezidenti Joachim Gauck həbsdə olan keçmiş Baş nazir Yulia Tymoshenko'nun səhhəti və saxlanma şəraitinə görə Ukraynaya səfərini təxirə salıb.

Prezidentin nümayəndəsi bildirib ki, J.Gauck Mərkəzi Avropa ölkələrinin mayın 11-12-də Yaltada keçiriləcək toplantısına qatılmayacaq.

Almaniya mətbuatının yazdığına görə, prezident bu barədə kansler Angela Merkel'lə məsləhətləşdikdən sonra qərar verib.

Y.Tymoshenko həbsxanada döyülməsinə etiraz olaraq aprelin 20-də aclığa başlayıb. O, xeyli vaxtdır ki, kürəyində baş qaldırmış ağrıdan əziyyət çəkir. Almaniya hökuməti onu ölkədəki klinikalardan birində müalicə etməyə hazır olduğunu bildirib.

Keçmiş baş nazir hazırda 7 illik həbs cəzası çəkir. O, hakimiyyətdə olduğu dövrdə Rusiya ilə qaz müqaviləsi imzalanarkən səlahiyyətlərini aşmaqda təqsirləndirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG