Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:11

Naxçıvanda da Dövlət Bayrağı Meydanı tikilir


Naxçıvanda da Dövlət Bayrağı Meydanı tikilir
Gözlə

No media source currently available

0:00 0:01:42 0:00
Direct-ə keçid

Naxçıvanda da Dövlət Bayrağı Meydanı tikilir

-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!

Sayı: 47 (20.452) 10 mart 2012


20 İL SABİTLİYİN KEŞİYİNDƏ

Azərbaycanda Daxili Qoşunların formalaşması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin diqqət və qayğısı ilə Daxili Qoşunlar böyük bir inkişaf yolu keçmiş, hərbi hissələrin müasir standartlar səviyyəsində qurulması istiqamətində tədbirlər görülmüş, bu sahənin fəaliyyətini tənzimləyən hüquqi baza yaradılmışdır. Daxili Qoşunları xalqın və dövlətin layiqli müdafiəçisinə çevirməyin vacibliyindən danışan ulu öndərimiz demişdir: «Daxili Qoşunlarda yüksək vətənpərvərlik ruhu vardır. Bizim Silahlı Qüvvələrimizdə, eyni zamanda Daxili Qoşunlarda Azərbaycanın dövlətçiliyinə, dövlətinə, Azərbaycanın Ali Baş Komandanına Yüksək sədaqət ruhu formalaşıb».

Ulu öndərimiz tərəfindən əsası qoyulan ordu quruculuğu prosesi ölkə prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Dövlət başçısının diqqət və qayğısı ilə Azərbaycan Silahlı Qüvvələrinin mühüm tərkib hissəsi olan Daxili Qoşunların təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilir.

...Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: «1995-ci il aprelin 10-da Naxçıvanda yaradılan Daxili Qoşunların taboru mühüm təşkilatlanma mərhələsi keçmiş, inkişaf edərək tabordan alaya çevrilmişdir. Hərbi hissənin yerləşdiyi ərazidə quruculuq işləri aparılmış, ən müasir infrastruktur yaradılmışdır...».
...Ümummilli liderimiz deyirdi ki: «Gərək Daxili Qoşunlarda yüksək vətənpərvərlik ruhu, sağlam münasibətlər olsun».

DÖVLƏT BAYRAĞI MEYDANININ İNŞASI DAVAM ETDİRİLİR

...2011-ci ildə burada 5024 kvadrat metr ərazidə genişmiqyaslı torpaq işləri aparılıb, bayraq gövdəsinin ətrafında qəlib – betonlar vasitəsilə səkkizguşəli, bir salondan ibarət bina tikilib, 53 metrlik bayraq sütunu ucaldılıb.

...Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 17 noyabr tarixli «Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında» Sərəncamdan sonra ölkənin paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanı inşa olunub. Dünyada ən hündür bayraq olan Azərbaycan bayrağının dayağının hündürlüyü 162, bünövrəsinin diametri isə 3,2 metrdir. Bayrağın eni 35, uzunluğu isə 70 metrə bərabərdir.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Fakültə binasında yenidənqurma işləri sürətlə aparılır
- Sahibkarlığa qayğı davamlı xarakter daşıyır
- Xeyirxah ideyalar carçısı
XS
SM
MD
LG