Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:22

TQDK imtahanlarla bağlı gücləndirilmiş iş rejiminə keçib


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mərkəzləşmiş buraxılış imtahanları ilə bağlı gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə APA-ya TQDK-nın mətbuat katibi Elnur Nağızadə məlumat verib. Onun sözlərinə görə, artıq TQDK əməkdaşları imtahan keçiriləcək binaları yoxlamağa başlayıblar. Bu prosesə TQDK-nın regional bölmələri də daxil olmaqla, bütün heyət cəlb edilib: «Bakı şəhərində imtahan keçiriləcək 300-ə qədər binaya operativ baxış keçirilir. Regional bölmələrin əməkdaşları da imtahan keçiriləcək binalara baxmaq üçün ezam olunub. İmtahanlar ölkənin bütün şəhər və rayonlarında keçiriləcək. İmtahan binalarına baxışlar zamanı binaların sxemi və onların say tutumu müəyyənləşdiriləcək. Binalarda imtahanların keçirilməsi üçün normal şəraitin olub-olmaması, imtahana hazırlıq səviyyəsi yoxlanılacaq. Artıq TQDK imtahan binalarına məsul şəxslər üçün ilkin treninqlərin keçirilməsinə də başlayıb. Bu şəxslər orta məktəblərin direktorları və ya direktor müavinləridir».

E. Nağızadənin sözlərinə görə, hazırda mərkəzləşmiş imtahan qaydalarının və imtahan günlərinin müəyyənləşdirilməsi istiqamətində də ciddi iş gedir. Qaydaların gələn həftə açıqlanacağı gözlənilir.
XS
SM
MD
LG