Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:14

Almaniya prezidenti Timoşenkoya görə Ukraynaya getməyəcək


Almaniya prezidenti Joachim Gauck həbsdə olan keçmiş baş nazir Yuliya Timoşenkonun səhəti və saxlanma şəraitinə görə, Ukraynaya səfərini təxirə salıb.

Prezidentin nümayəndəsi bildirib ki, Qauk Mərkəzi Avropa ölkələrinin mayın 11-12-də Yaltada keçiriləcək toplantısına qatılmayacaq.

Almaniya mətbuatının yazdığına görə prezident bu barədə kansler Angela Merkellə məsləhətləşdikdən sonra qərar verib.

Yuliya Timoşenko həbsxanada döyülməsinə etiraz olaraq ötən cümə günündən aclıqğa başlayıb.

O xeyli vaxtdır ki, kürəyində baş qaldırmış ağrıdan əziyyət çəkir.

Almaniya hökuməti onu ölkədəki klinikalardan birində müalicə etməyə hazır olduğunu bildirib.

Keçmiş baş nazir hazırda 7 illik həbs cəzası çəkir.

O hakimiyyətdə olduğu dövrdə Rusiya ilə qaz müqaviləsi imzalanarkən səlahiyyətlərini aşmaqda ittiham olunur.
XS
SM
MD
LG