Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:59

Prokurorluq Xədicə İsmayılovanın işi ilə bağlı istintaq məlumatı yayıb


Xədicə İsmayılova
Xədicə İsmayılova
Bakı şəhər prokurorluğu jurnalist Xədicə İsmayılovanın işinin istintaqı haqda məlumat yayaraq, prokurorluğun ünvanına səslənən tənqidləri rədd edir.

Aprelin 26-da yayılan rəsmi məlumatda deyilir ki, intim görüntülər jurnalistə Moskvadan, Valeriy Mərdanovun adından göndərilib: "İsmayılova Xədicə Rövşən qızı, nümayəndəsi-vəkil İsmayılov Adil Əlviz oğlu ilə birlikdə müxtəlif kütləvi informasiya vasitələrində istintaqın faktiki vəziyyəti və gedişatı ilə bir araya sığmayan və həqiqəti əks etdirməyən bəyanatlar verməklə növbəti dəfə cinayət işinin istintaqı ətrafında içtimaiyyət arasında mənfi rəy yaratmağa cəhd etmişlər." - deyə məlumayda yazılıb.

Prokurorluq rəsmi məlumatında istintaqa cəlb etdiyi şahidlərin adlarını açıqlayır. Əlavə edir ki, Xədicə İsmayılovanın dindirilməsimni istədiyi şəxslər istintaqa cəlb edilib.

Bakı şəhər prokurorluğunun məlumatında Xədicə İsmayhılovanın əsas iradı haqda, jurnalistin şantaj olunması faktı ilə cinayət işinin açılması tələbi barədə bir söz deyilmir.

Prokurorluq gizli çəkilişin aparıldığı mənzilin dəqiq ünvanını, mənzilin sahibinin adını və bu mənzilə aidiyyatı olan şəxlərin adlarını və iş yerlərini açıqlayır.

Buna qədər Xədicə İsmayılova dəfələrlə bəyan edib ki, onun ünvanına məktub göndərənlər ondan jurnalist araşdırmalarının dayandırılmasını tələb ediblər.

Prokurorluğun məlumatı yayılmazdan bir neçə saat əvvəl Xədicə İsmayılova istintaqa ifadə verib. Jurnalist istintaq sirri olduğundan verdiyi ifadənin detallarını mətbuata açıqlamadan imtina edib. Sadəcə bildirib ki, ona şantaj məktubu Moskvadan gəldiyindən, bununla bağlı Rusiyada olub və məktubun hansı poçtdan göndərildiyini müəyyənləşdirib.

Bu məlumatın istintaqa təqdim etdiyini deyən Xədicə İsmayılova məktubun üzərindəki ünvanın həqiqiliyinə şübhə etdiyini də bildirib.

Xatırladaq ki, Martın əvvəlində naməlum şəxslər AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılovanı şantaj etmək istəyiblər. Martın 7-də jurnalistin ev ünvanına gələn poçtda ondan susması tələb olunub, əks halda intim şəkillərini yaymaqla hədələyiblər.

Jurnalistin Baş Prokurorluq və Daxili İşlər Nazirliyinə etdiyi müraciətdən sonra martın 15-də Baş Prokurorluq onun şəxsi həyatına müdaxilə ilə bağlı cinayət işi qaldırıb. CM-nin 156-cı maddəsi (şəxsi həyatın toxunulmazlığı hüququnun pozulması) üzrə qaldırılan cinayət işinin istintaqı Bakı şəhər Prokurorluğuna həvalə edilib.

Bu ittihamla günahkar bilinən adam yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. Amma həmin əməllər vəzifəli şəxs tərəfindən törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG