Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:38

Qüds ətrafında tapılan 400 yaşlı Quranı uzun illərdir ki, xiristian bir ailə nəsildən-nəsilə ötürərək qoruyur

Dünyada ölçüsünə görə ən balaca Qurani-Kərim Birləşmiş Ərəb Əmirliklərindədir. Maraqlıdır ki, kitabın sahibi xristiandır.

Ən balaca Quran nüsxəsinin 400 il yaşı var. 550 səhifədən ibarət bu müqəddəs kitabın ölçüləri 5.1 sm və 8 sm-dir. Bu nadir nəşr Qüds tərəfdə tapılıb və hazırda Muhannad Ameel Issa adlı şəxsə malikdir.

‘Al Jazeera’ya müsahibəsində Muhannad deyib ki, Quranı onun əcdadları tapıb və sonradan bu kitab nadir inci kimi nəsildən nəslə ötürülüb.

Ameel İssanın ailəsi xristian olsa da, daim müsəlmanlarla yanaşı yaşayıb:

“Mən həmişə İslamın içində olmuşam, müsəlmanların yanında yaşamışam. Bizim aramızda heç vaxt problemlər olmayıb, həmişə əmin-amanlıq içində yaşamışıq”.

Muhannad Ameel İssa Quranı satmayacağını, kitabın onun üçün qiymətsiz nadir bir nüsxə olduğunu bildirib.

Şərhləri göstər

XS
SM
MD
LG