Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:53

Çernobıl qəzasından 26 il keçir


Çernobıl - turist attraksionu?
Gözlə

No media source currently available

0:00 0:03:38 0:00
Direct-ə keçid

Çernobıl - turist attraksionu?

1986-cı il aprelin 26-da Çernobıl atom elektrik stansiyasının 4-cü enerji blokunda yanğın baş verib və alov 3 bloku bürüyüb. Hadisədən sonra radioktiv duman yaranıb.

Qəza nəticəsində Ukraynada 4400 nəfər həyatını itirib. Ümumilikdə faciə zamanı 7000-ə yaxın insan həlak olub,

Qəzanın nəticələrinin aradan qaldırılması üçün həmin vaxt Çernobıla 7 min azərbaycanlı da göndərilib. Çernobıl Əlilləri Cəmiyyətindən verilən məlumata görə, həmin qəzanın bərpasında iştirak edən 7 min adamdan 2 mindən artığı vəfat edib.

Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara görə, digər əlillərlə yanaşı Çernobıl əlilləri də sanator-kurort putyovkaları ilə təmin olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin məlumatına görə, hər il nazirliyin vəsaiti hesabına 800 nəfərədək Çernobıl əlilinə birdəfəlik maddi yardım göstərilir. Bundan başqa Çernobıl əlillərinə hər il müalicə üçün birdəfəlik müavinət də müəyyən edilib.

Nazirlik bildirir ki, 2000-ci ildən 2011-ci ilədək 101 nəfər Çernobıl əlili mənzillə, 14 nəfər də avtomobillə təmin olunub.

Azərbaycanda Çernobıl əlilləri ildə bir dəfə 150 manat birdəfəlik dərman pulu alırlar. Onlara dövlətin ayırdığı təqaüd əlillik dərəcəsindən asılı olaraq 50 manatdan 100 manata qədərdir. Amma Çernobıl əlilləri bildirir ki, pulsuz verilməli olan dərmanların bəzilərini onlar özləri almalı olurlar.

26 aprel - BMT tərəfindən beynəlxalq radiasiya qəzaları və fəlakətləri qurbanlarının xatirəsinin anım günü kimi tanınır.
XS
SM
MD
LG