Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:48

Bu gündən Rusiya universitetlərinə sənəd qəbulu başladı


Rusiya universitetlərinə sənəd qəbulu başlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatına görə, keçirilən imtahanda iştirak etmək istəyən abituriyentlər Azərbaycan universitetlərinin qəbul imtahanında iştirak etmək üçün doldurduqları "Elektron ərizə"ni təsdiq edəndən sonra TQDK-da təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat aprelin 26-dan mayın 8-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək aparılır.

İmtahanda iştirak etmək hüququna orta attestat qiyməti 4 və daha yüksək olan Azərbaycan vətəndaşları malikdirlər. Ali təhsil müəssisəsinin tələbəsi və ya məzunu olan şəxslər bu imtahanda iştirak etmək hüququna malik deyillər.

Müsabiqə iki mərhələdən ibarətdir.

I mərhələdə abituriyentlər TQDK tərəfindən mayın 15-də keçiriləcək test imtahanında iştirak edəcəklər.

Test imtahanı Azərbaycan və rus dillərində keçirilir.
Test imtahanı nəticəsində I ixtisas qrupunda 300 və daha yüksək, digər qruplarda 400 və daha yüksək bal toplayan abituriyentlər II mərhələyə - müsahibəyə buraxılacaqlar.

Müsahibə 2012-ci il mayın 23-də keçiriləcək.

Müsahibədən məqbul alan abituriyentlər ixtisas seçiminə buraxılırlar.

Müsabiqə test imtahanın nəticələrinə əsasən aparılacaq.

Rusiya ali təhsil müəssisələrində təhsil ödənişsizdir. Lakin qəbul olunacaq Azərbaycan vətəndaşlarının yataqxana və digər xərclər tələbələrin özləri tərəfindən ödənilməlidir. RF ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələrin illik tibbi sığortalanması məcburidir. Tələbələr həm Rusiya, həm də Azərbaycan tərəfindən aylıq təqaüdlə təmin olunurlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG